İran iqtisadiyyatının 4% artdığı açıqlanıb
Rəsmi Tehran İran iqtisadiyyatının cari ildə təxminən 4% artdığını, martın 21-də başlayacaq yeni 1402-ci ildə İran iqtisadiyyatını daha yaxşı perspektivlər gözlədiyini açıqlayıb.
Marja İRNA agentliyinə istinadən xəbər verir ki, bunu bazar günü İslam Respublikasının prezidenti İbrahim Rəisi Məclisdə (parlament) gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışı zamanı bildirib.
“Hökumətin bütün səyləri iqtisadi artıma nail olmağa yönəlib”, - deyən Prezident, “Nəticədə biz ümumi daxili məhsulun təxminən 4 faiz artmasına nail ola bilmişik”, -əlavə edib. Rəisinin vurğulayıb ki, bu makroiqtisadi göstərici “İranın çox parlaq gələcəyini” proqnozlaşdırmağa imkan verir.
Prezident bildirib ki, hökumət elektrik enerjisi istehsalının artırılmasına, inflyasiyanın aşağı salınmasına, investisiyaların cəlb edilməsinə nail olub. Onun sözlərinə görə, hakimiyyətin 1 milyon iş yerinin yaradılması vədi “yerinə yetirilib, lakin bu kifayət deyil”. Rəisi taxıl istehsalının 17% artımı ilə bağlı məlumatlara istinad edərək, taxıl ixracının həcminin 16 milyon tondan 20 milyon tona yüksəldiyini bildirib.
İRNA-nın məlumatına görə, İranın metallurgiya məhsulları ixracı fars təqvim ilinin ilk doqquz ayında 9 milyard dolları ötüb. Onun böyük hissəsi polad sənayesi və 4,8 milyard dollar məbləğində metal məmulatlarının tədarükünün payına düşür.
Bloomberg - in məlumatına görə, noyabrda İrandan xam neft ixracı təxminən 1,3 milyon barel olub və son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Xam neftin çoxu Çinə ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















