Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək

AzVak-mobil_resmin_ustu_31
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək. Bu, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulur.

Reklam_3_11

Proqrama əsasən dövlət dəstəkli aqrar sığorta mexanizminin əhatə dairəsi və əhatə etdiyi risklərin sırası daha da genişləndiriləcək. Nəticədə aqrar sığortanın əhatə etdiyi əkinlərin sahəsi 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara çatdırılacaq, kənd təsərrüfatı heyvanlarının sayı isə 7 min başdan, 100 min başa qaldırılacaq. 

Aqrar sığortanın əhatə dairəsinin də genişləndirilməsi gözlənilir. Bu məqsədlə aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq. Bundan başqa “Aqrar sığorta” informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, müstəqil aqrar sığorta ekspertləri institutunun inkişaf etdirilməsi nəzərdə tutulur.

Nəticədə aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması təmin ediləcək, fermerlərin sığortaya əlçatanlığı artacaq, sığorta ödənişlərinin operativliyi təmin ediləcək.

Bundan başqa, aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmet və risklərə münasibətdə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir.

Qeyd edək ki, fermerlər rəqəmsal imkanlardan istifadə etməklə, olduğu yeri tərk etmədən əkin sahəsini və ya təsərrüfatını sığortalaya və «ASAN Pay» ödəniş sistemi ilə sığorta haqqını ödəyə bilər.

Aqrar sığorta dövlət dəstəkli aqrar sığorta güzəştli aqrar sığorta aqrar sığorta mexanizmi aqrar sığortanın əhatə dairəsi aqrar sığorta riskləri kənd təsərrüfatı sığortası fermerlərin sığortası əkin sahələrinin sığortası heyvanların sığortası balıqçılıq sığortası akvakultura sığortası bitkiçilik sığortası heyvandarlıq sığortası Dövlət Proqramı 2026-2030 kənd təsərrüfatının inkişafı balıqçılıq və akvakultura İlham Əliyev sərəncamı Prezident sərəncamı aqrar sahəyə dövlət dəstəyi 1 milyon hektar əkin sahəsi 100 min baş heyvan aqrar sığorta ödənişləri sığorta haqları sığorta haqqına dövlət dəstəyi diferensiallaşdırılmış sığorta sistemi aqrar sığorta ekspertləri müstəqil aqrar sığorta ekspertləri Aqrar sığorta informasiya sistemi elektron aqrar sığorta sığorta xidmətlərinin elektronlaşdırılması fermerlərin sığortaya əlçatanlığı ASAN Pay
29.06.2026 17:06
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19

Ən çox oxunanlar