Mikro, kiçik, orta sahibkarların məlumat bazası yaradılacaq
“İndiyə qədər “Dövlət satınalmaları haqqında” qanunda kiçik və orta sahibkarlığa yönəlik dəstək maddələri təsbit olunsa da, yeni qanun layihəsi bu sahəni daha da tənzimləyəcək”.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı KOBİA İdarə Heyətinin birinci müavini Natiq Həsənov bildirib.
Natiq Həsənov deyib ki, mikro, kiçik və orta sahibkarlıq həssas qruplardan olduğu üçün dövlət qurumlarının əlaqələndirilməsi yeni qanunda ayrıca müddəa kimi təsbit olunub:
"Bununla bağlı koordinasiya qrupu da yaradılacaq. Tənzimləmə alətləri olaraq vahid datanın, reyestrin yaradılması nəzərdə tutulur. Reyestr mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət növündən asılı olaraq meyarına görə mikro, kiçik, orta olmasını təsbit edəcək və məlumatları bir mənbədən əldə etməyə imkan verəcək. Digər tənzimləmə aləti olaraq səmərəlilik və dəstək qiymətləndiriləcək. Oxşar müddəa 2022-2026-cı illəri əhatə edən strategiyada da öz əksini tapıb. Eyni zamanda əlavə dəstək üçün qanunda prioritet sahələr də müəyyən ediləcək və siyahısı təsdiq olunacaq. Bu qanun qəbul olunarsa, kiçik və orta sahibkarlığın dəstəklənməsinə vahid yanaşma ortaya qoyulacaq”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























