Embafinans-da yeni təyinat
BOKT Embafinans QSC-nin İdarə Heyətinin yeni sədri Cavid Bağırov təyin olunub.Ümumi Yığıncağın qərarı ilə BOKT Embafinans QSC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Bağırov Cavid Nadir oğlu təyin edilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, Bağırov Cavid Nadir oğlu 1982-ci ilin Yanvar ayının 2-si Bakı şəhərində anadan olub.
1998 – 2002 –ci illərdə Bakı Dövlət Universitetinin İqtisadi Nəzəriyyə ixtisası üzrə Sosial Elmlər və Psixologiya fakultəsinə daxil olmuşdur, 2002 – 2004-cü illərdə eyni ixtisas üzrə Magistr dərəcəsində təhsil alıb.
2002-ci ildən etibarən “Bank Of Baku” ASC-də əmək fəaliyyətinə başlayıb. 2002 – 2018-ci illər ərzində müxtəlif filiallarda direktor vəzifəsini icra edib.
2018-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Gəncə filialının direktoru vəzifəsində, daha sonra 2019-cu ildə isə Səbail filialının direktoru vəzifəsində çalışmışdır.
2021-ci ilin Fevral ayında BOKT Embafinans QSC-nin İdarə Heyətinin Sədr müavini vəzifəsinə təyin olunur.
"Embafinans-da fəaliyyəti dövründə kredit portfelinin mükəmməlləşməsində, yeni kredit məhsullarının təyin olunmasında bilavasitə əmək və təşəbbüsü olub. Daxili kommunikasiya və komanda ruhunun yüksək olmasına önəm verən Cavid Bağırov, korporativ dəyərlərini və gostərilən xidmət səviyyəsinin daima yüksək olmasını prioritet tutur.
Maliyyə bazarında dinamik inkişafa və öz mövqeyinin bərkidilməsinə doğru gedən Embafinans bugün ölkənin iqtisadi həyatında müsbət imicə nail olmuş şirkət adını qazanmaqda davam edir. Embafinans ailəsi öz növbəsində Cavid Bağırovun səriştəsinə, təcrübə və professionallığına əmin olub, bu yolda ona uğurlar arzu edir",- Təşkilatın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























