"Aztelekom": Tariflərin azaldılması gözlənilir
“Aztelekom” MMC-nin bütün telekommunikasiya infrastrukturunun əsaslı şəkildə modernləşdirilməsi gözlənilir.
Bunu müsahibəsində MMC-nin baş direktoru Suat Paşayev deyib.
Onun sözlərinə görə, dəyişikliklərlə bağlı böyük planlar var:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə şəbəkənin bütün seqmentləri dəyişdiriləcək. IP texnologiya üzrə bütün infrastrukturun dəyişdirilməsi zəruridir. Optik infrastrukturun mövcud olmadığı ərazilərdə kabellər çəkiləcək və ya simsiz şəbəkə yaradılacaq”.
“Aztelekom” rəhbəri hesab edir ki, hazırda IP TV xidmətinə bazarda çox tələbat var. Bununla əlaqədar olaraq MMC ölkə ərazisində bu xidmətin əhatə dairəsinin genişləndirilməsu üçün bir sıra variantları sınaqdan keçirir.
S.Paşayev tarif siyasəti və həm korporativ, həm də istehlakçı seqmentindəki mümkün dəyişikliklər barədə də danışıb.
Onun sözlərinə görə, korporativ istifadəçilər üçün əsassız yüksəldilmiş tariflərə yenidən baxılıb:
“Fərdi istehlakçılara gəlincə, burada qiymətlər demək olar ki, möhkəmlənib. Manatın məzənnəsindəki dəyişikliyə və satınalma qiymətlərinin artmasına baxmayaraq, biz qiymətlərin sabitliyini saxlaya bildik. İnfrastrukturun təkmilləşdirilməsi üçün nə qədər çox iş görülsə, tariflərin azadılması üçün imkanlar bir o qədər çoxalacaq”.
“Aztelekom” rəhbəri qeyd edib ki, tariflərin azaldılması gözlənilir və indi fərdi istehlakçı seqmenti üçün yeni təkliflər hazırlanır. İnternetə çıxış sürətinin artırılması şərti ilə mövcud tarif həddinin saxlanması da istisna deyil:
“Məsələ ondadır ki, istifadəçilərin böyük əksəriyyəti minimal tarifi seçir. Minimal həddin azaldılacağını düşünmürəm. Sürətin ikiqat və ya üçqat artırıla biləcəyini demək çətindir, amma tariflərin azalması mütləq olacaq”.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















