Zərgərlik məmulatları vergilərdən azad edilir
"Zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə
və
külçə, sikkə və qranui şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir".
Marja xəbər verir ki, Vergi Məcəlləsinə dəyişiklik edilir. Bununla bağlı layihə Milli Məclisə daxil olub və yanvarın 27-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.
Eyni zamanda Azərbaycana gətirilən 20 qrama qədər qızıl məmulatlarına aksiz güzəşti ləğv olunur.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq aksizdən azaddır.
Layihəyə əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı siyahıdan çıxarılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























