150 minə yaxın əmlak sığortalanıb - 3 DƏFƏ ARTIM
Azərbaycan Sığortaçılar Assosiasiyası “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb.
ASA-dan Marja-ya verilən məlumata görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 min 478 ədəd müqavilə bağlanıb.
Bununla da 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb.
Məlumat üçün bildirək ki, 2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı. Qeyd edək ki, müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.
Daha bir statistikaya görə isə, 2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38.6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3.7 milyon manat ödəniş edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 34 d. əvvəl
-
55 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























