2021-ci ildə bankların qarşılaşa biləcəyi 10 çətinlik
"IHS Markit" yayımladığı qlobal bankçılıq hesabatında, bankların 2021-ci ildə nə kimi çətinliklərlə qarşılaşa biləcəyini izah edir.
Marja xəbər verir ki, "IHS Markit" bank sektoru ilə əlaqədar hesabatında, bankların, 2021-ci ildə iflaslara və işdən çıxarmalara (ixtisarlara) daha hazırlıqlı olduqlarını, lakin bunun 2021-ci ildə çətinliklərin olmayacağı mənasını vermədiyini bildirir.
Daha əvvəldən aktivlərdə keyfiyyət problemləri olan ölkələrdə 2020-ci il şokunun daha çətin sovuşdurulacağını vurğulayan təşkilat, bu ölkələr arasında Anqola, Hindistan, Keniya və Türkiyə kimi ölkələrin olduğunu və bu ölkələrin yüngül kredit risklərilə qarşılaşa biləcəyini qeyd edir.
IHS Markit 2021-ci ildə bankların təqib etmələri lazım olan iqtisadi şərtlər hesabatında belə sadalanır:
1) Koronavirusa qarşı peyvəndlərə dair müsbət xəbərlər gəlsə də, tənzimləyici qurumların dəstəkləri 2021-ci ildə də davam edə bilər.
2) Böyük iqtisadiyyatların zəifləməsinə baxmayaraq, bank sektorunda pisləşmə çox sərt olmadı.
3) İqtisadiyyatlarda sərtləşdirmə siyasəti tətbiq edilsə, banklarda kreditlərin artması yavaşlaya bilər.
4) Bankların mənfəəti təzyiq altında qalmağa davam edəcək.
5) Minimum kapital tələbləri arta bilər.
6) Güclü toparlanan iqtisadiyyatlardakı banklar, zəif toparlanan ölkələrin banklarını satın ala bilər.
7) İnkişaf etməkdə olan ölkələrdə (xüsusilə Səhra Afrikası, Latın Amerika və Pakistan kimi ölkələrdə) dövlət riski artmaqda davam edə bilər.
8) Bank xilasetmə və həll rejimlərində yenilənmə ola bilər.
9) Davamlılığa, ətraf mühitə və yeni nəsil idarəetmə platformalarına (ESG) daha çox fokuslanmaq lazım olacaq.
10) Bank sektoru kiber hücumlarla qarşı-qarşıya qala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























