Azərbaycanda nağdsız ödənişlər rekord qırdı
2020-ci ilin Noyabr ayı ərzində Azərbaycanda POS-terminallar ilə nağdsız ödənişlərin cəmi həcmi 226 milyon manat təşkil edib. Marja Mərkəzi Banka istinadən xəbər verir ki, bu, indiyədək POS-terminallar ilə həyata keçirilmiş ən yüksək məbləğdə aylıq nağdız ödənişlərdir.
Əvvəlki ən yüksək məbləğdə aylıq ödəniş 206 milyon manat olmaqla bu ilin Sentyabr ayında qeydə alınmışdı.
2020-ci ilin 11 ayı ərzində POS-terminallar ilə nağdsız ödənişlər 1 milyard 904 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə POS-terminallar ilə nağdsız ödənişlər 1 milyard 168 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında POS-terminallar ilə nağdsız ödənişlər 736 milyon manat və ya 63% artıb.
2020-ci il ərzində POS-terminallar ilə nağdsız ödənişlər illik olaraq da rekord qıracaq. 11 aydakı POS-terminallar ilə nağdsız ödənişlərin məbləği (1 milyard 904 milyon manat) indiyədək ən yüksək illik həcmlərdən belə yüksəkdir.
POS-terminallar ilə nağdsız ödənişlər 2016-cı ildə 527 milyon manat, 2017-ci ildə 807 milyon manat, 2018-ci ildə 1 milyard 115 milyon manat, 2019-cu ildə isə 1 milyard 333 milyon manat təşkil etmişdi.
2020-ci il ərzində POS-terminallar ilə nağdsız ödənişlərin məbləğinin 2 milyard manatı aşacağı gözlənilir.
POS-terminallar ilə nağdsız ödənişlərin əməliyyat sayında rekord bu ilin Sentyabr ayında qeydə alınıb. Həmin ay əməliyyatların sayı 4 milyon 711 min olub.
Bu il POS-terminallar ilə hər ödənişin məbləği orta hesabla 40-50 manat civarında olub.
CƏMİ NAĞDSIZ ÖDƏNİŞLƏR DƏ REKORD SƏVİYYƏLƏRDƏDİR
Noyabr ayında ölkə daxilində cəmi nağdsız ödənişlər (ATM-lər, POS-terminallar və elektron ticarət vasitəsilə) 569 milyon manat ilə rekord qırıb. Əvvəlki rekord 558 milyon manat ilə bu ilin sentyabr ayında qeydə alınmışdı.
2020-ci ilin 11 ayı ərzində ATM-lər, POS-Terminallar və elektron ticarət vasitəsilə cəmi nağdsız ödənişlər 5 milyard 405 milyon manat təşkil edib. Bu, indiyədək qeydə alınmış ən yüksək illik nağdsız ödənişlər həcmlərindən də yüksəkdir. 2019-cu ildə nağdsız ödənişlərin həcmi 4 milyard 479 milyon manat təşkil etmişdi.
“ƏDV-ni geri al” aksiyası, təmassız kartlarda şifrəsiz ödəniş limitinin artırılması, karantin tədbirləri ilə əlaqədar olaraq onlayn ticarətin inkişafı və ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin də artmasına səbəb olur.
ƏMƏLİYYATLARIN HƏCMİNİN 75%-İ NAĞDLAŞDIRMA ÜZRƏ OLUB
2020-ci ilin 11 ayı ərzində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi məbləği 25 milyard 793 milyon manat təşkil edib. Bu məbləğin 19 milyard 213 milyon manatı və ya 75%-i ölkə daxilində nağd pulun çıxarılması üzrə olub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















