“Baktelecom” internet qiymətlərini endirdi
“Baktelecom” GPON texnologiyası üzərindən göstərilən internet xidməti tariflərini endirdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, “Baktelecom” genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirib.
“Yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib.
Eyni zamanda 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən - internet və sabit telefon şəbəkəsindən faydalana bilər”.
Qeyd edək ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.
Tariflər:
Sürət | Qiymət, AZN |
2 Mbit/s | 10.0 |
10 Mbit/s | 18.0 |
20 Mbit/s | 26.0 |
50 Mbit/s | 55.0 |
100 Mbit/s | 150.0 |
Birdəfəlik qoşulma haqqı, AZN | 5.0 |
Qeyd:
– 10 mbit/s və 20 mbit/s tariflərlə internet xidmətini seçən fərdi müştərilər üçün stasionar telefon xidmətindən istifadə pulsuzdur.
– Fərdi müştərilər stasionar telefon və internet xidmətlərini seçdiyi halda birdəfəlik qoşulma haqqı 35 AZN təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























