Dollarda Trump ucuzlaşması davam edir
Avro/dollar məzənnəsi 1,0752-yə qədər yüksəlib (Dollar 0,4% ucuzlaşıb). Dollar/yen isə 113,44-ə düşüb.
Yenin bahalaşması Yaponiyanın səhm bazarında mənfi əks olundu.
Donald Trumpın Cümə günü andiçmə mərasimindəki çıxışında maliyyə siyasətlərinə dair çox detallı məlumat verməməsi, xarici siyasətdə "Əvvəl Amerika" olacağını qeyd etməsin himayəçilik (Ticarəti məhdudlaşdıran iqtisadi siyasət) narahatçılıqlarını artırıb. Bu narahatçılıqlar da dolların dəyərdən düşməsini sürətləndirib.
Trumpın ötən həftə "Dollar çox dəyərlidir və bu bizi öldürür" açıqlamasından sonra 100,260-ya qədər geriləyən Dollar İndeksi, Fed sədri Janet Yellenin ildə bir neçə faiz artımı gözləntisini bildirməsilə yenidən 101,41-ə qədər yüksəlmişdi. Daha sonra gələn tərs bir mesajla bir daha zəifləmişdi. Çıxış öncəsi isə 101,50-də olan İndeks bu gün 100,28-ə qədər geriləyib.
2017-ci ilin əvvəlində 103,82-ni görən Dollar İndeksinin qalxması ay ərzində Trumpa dair gözləntilər ilə əlaqədar baş vermişdi. Trumpın seçki kampaniyasındakı vədlərinin nə qədərini həyata keçirə biləcəyinin sorğu-sual olunması ilə azalmaya başlayan Dollar İndeksi, 20 Yanvarda vəzifəsinə başlaya yeni prezidentin açıqlamaları zamanı da ətraflı məlumatlar verməməsilə aşağı istiqamətli hərəkətini genişləndirmişdir.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























