Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Mobil operatorun abunəçiləri artıq fiziki SIM kartdan eSIM-ə keçidi birbaşa mobil tətbiq vasitəsilə həyata keçirə bilərlər“Azercell Telekom” MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
“Azercell” tətbiqinə əlavə edilən yeni funksiyaya əsasən, eSIM-ə keçid prosesi bir neçə sadə addım vasitəsilə tam rəqəmsal formada icra olunur. İstifadəçi mobil tətbiqə daxil olaraq nömrəsini və şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil edir, daha sonra təsdiqləmə məqsədilə göndərilən birdəfəlik kodu (OTP) qeyd edir. Növbəti mərhələdə abunəçilər eSIM aktivasiyasını həm sistem tərəfindən yaradılan QR kod, həm də tətbiq daxilində təqdim olunan mərhələli təsdiqləmə mexanizmi vasitəsilə həyata keçirə bilərlər. QR kod eyni zamanda istifadəçinin qeyd etdiyi elektron poçt ünvanına da göndərilir.
Qeyd edək ki, eSIM texnologiyası fiziki SIM karta ehtiyacı aradan qaldırmaqla istifadəçilərə daha çevik və müasir istifadə imkanları təqdim edir. Bu texnologiya eyni cihazda bir neçə nömrədən istifadəni mümkün edir, həmçinin cihazlar arasında keçidi daha sürətli və rahat edir.
Azercell innovativ texnologiyaların tətbiqi və müştəri yönümlü rəqəmsal həllərin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























