Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
"Apple səhmlərinə investisiyalardan 100 milyard dollardan çox qazanc əldə etmişik""Berkshire Hathaway"in qurucusu, əfsanəvi investor Uorren Baffett (Warren Buffett) bildirib ki, "Jeffrey Epstein" dosyaları ilə bağlı müzakirələr ortaya çıxandan bəri "Microsoft"un qurucusu Bil Qeyts ilə (Bill Gates) danışmayıb.
Marja xəbər verir ki, Baffett, Qeyts ilə hələ də yaxşı dost olub-olmaması ilə bağlı suala cavab verərkən keçmiş dostluqlarından sevgiylə danışıb və “Vəziyyət aydınlaşana qədər çox danışmağın mənası yoxdur” deyib.
CNBC-yə danışan Baffett, "Epstein" dosyalarına dair qiymətləndirməsində “Bildiyim şeylər səbəbilə şahid kimi ifadə verməyə çağırılacağım bir vəziyyətdə olmaq istəmirəm” deyib.
Bazarların gedişatına dair suallara ehtiyatla yanaşan Baffett, birjaların nə edəcəyini heç kimin dəqiq bilməyəcəyini söyləyib. ABŞ Mərkəzi Bankı (Fed) faiz siyasətinə dair suala isə “Fed-in başında olsaydım faizləri azaldıb-azaltmayacağımı bilmirəm” cavabını verib.
Baffett, bazarlarda kəskin bir çöküş baş verəcəyi halda şirkətin əlindəki yüksək nağd rezervi işə sala biləcəyini deyib.
Baffett, "Berkshire Hathaway"in bu həftə təxminən 17 milyard dollar məbləğində xəzinə istiqrazı aldığını bildirərək, böyük bir bazar düzəlişi baş verəcəyi təqdirdə şirkətin güclü nağd mövqeyinin mühüm imkanlar yaradacağını ifadə edib.
Baffett, "Berkshire Hathaway"də investisiya qərarlarında hələ də aktiv rol oynadığını qeyd edərək, mövcud Baş direktor Greg Abel-in səhv hesab etdiyi heç bir investisiyanı həyata keçirmədiyini bildirib.
Buffett həmçinin Apple investisiyasından 100 milyard dollardan çox qazanc əldə etdiklərini düşündüyünü açıqlayıb.
Apple-ın "Berkshire Hathaway" portfelində ən böyük səhm investisiyası olaraq qaldığını vurğulayan Baffett, buna baxmayaraq Apple səhmlərini satmağa “çox erkən” başladığını da qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























