ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
ABŞ-da benzin qiymətləri Avqust 2022-dən bəri ilk dəfə 1 qalon üçün orta hesabla 4 dolları keçib.Amerikan Avtomobil Birliyinin məlumatına görə, ölkə üzrə benzinin orta pərakəndə satış qiyməti bazar ertəsi günü 1 qalon (3,78 litr) üçün 4,018 dollara yüksəlib. Qiymətlər, müharibənin başlamasından bəri 1 dollardan çox artıb. ABŞ və İsrailin İrana hücum etmədən əvvəl qiymətlər 2,98 dollar idi.
Marja xəbər verir ki. bazar ertəsi günü ABŞ xam neftinin qiyməti 2022-ci ildən bəri ilk dəfə 100 dollar/bareli keçib və bu artım, istehlakçıların istifadə etdiyi benzin və dizel kimi məhsullarda daha aydın hiss olunur.
Pərakəndə dizel qiymətləri artıq 1 qalon üçün 5,40 dolları aşıb və bu vəziyyət ümumi iqtisadiyyat üçün ciddi problem yaradır.
Ağ Ev qiymətləri azaltmaq məqsədilə bir sıra tədbirləri işə salıb. Bu tədbirlər arasında xarici bayraqlı gəmilərin ABŞ limanları arasında yanacaq daşımasına imkan verən Jones Qanunu üzrə 60 günlük güzəşt yer alır.
Stanford Universiteti İqtisadi Siyasət Araşdırma İnstitutundan Ryan Cummings və Neale Mahoney-in tədqiqatına görə, benzin qiymətlərindəki hər 1 dollarlıq artım, digər iqtisadi təsirlər nəzərə alınsa belə, Michigan Universiteti istehlakçı etibar indeksini 4,5 bal və ya daha çox azaldır.
Co Bayden administrasiyasının İqtisadi Məsləhətçilər Şurasında benzin siyasəti üzərində çalışan keçmiş iqtisadçı Cummings bildirib:
“Bu, təxminən o deməkdir ki, benzi qiymətlərində hər 1 dollarlıq artım insanların iqtisadiyyata baxışına (inamına) təxminən 5% daha pis edir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























