Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
İranlı rəsmilər bizimlə razılaşma əldə etmək üçün “yalvarırlar”ABŞ Prezidenti Donald Tramp İranla bağlı çağırışlarını yenidən təkrarlayıb.
O iddia edib ki, danışıqlar aparan iranlı rəsmilər "qəribə" davranırlar və “hərbi baxımdan məhv edilmələrinə baxmayaraq” razılaşma əldə etmək üçün “yalvarırlar".
Tramp "Truth Social" platformasında etdiyi paylaşımda Tehranın Vaşinqtonun təklifini yalnız nəzərdən keçirdiyini açıqlamasına reaksiya verib.
Tramp yazıb:
"Danışıqlar aparan iranlı rəsmilər çox fərqlidir və “qəribə” davranırlar. Onlar bizimlə razılaşma əldə etmək üçün “yalvarırlar”. Əslində bunu etməlidirlər də, çünki hərbi baxımdan tamamilə məhv ediliblər və geri dönüş üçün sıfır şansları var. Buna baxmayaraq, ictimaiyyət qarşısında yalnız “təklifimizi nəzərdən keçirdiklərini” bildirirlər.
SƏHVDİR!!!
Onlar tezliklə məsələyə ciddi yanaşmalıdırlar, əks halda çox gec olacaq. Çünki bir dəfə bu baş verdikdə GERİ DÖNÜŞ OLMAYACAQ və nəticələr heç də xoş olmayacaq!".
ABŞ-ın NATO-ya ehtiyacı yoxdur
Tramp həmçinin bildirib ki, ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hücumlar zamanı NATO (North Atlantic Treaty Organization) üzvü olan ölkələr heç bir addım atmayıb.
O, ABŞ-ın NATO-dan gələcək heç bir dəstəyə ehtiyac duymadığını bir daha vurğulayıb.
“NATO ölkələri hazırda hərbi baxımdan darmadağın edilmiş, dəli bir ölkə olan İrana qarşı heç bir kömək göstərməyiblər. ABŞ-ın NATO-nun heç bir köməyinə ehtiyacı yoxdur, amma bu çox mühüm tarixi anı HEÇ VAXT UNUTMAYIN !”, - Tramp "Truth Social" platformasında bildirirb.
Tramp 17 mart tarixində etdiyi başqa bir paylaşımda da oxşar mövqe ortaya qoymuşdu. O bildirmişdi ki, ABŞ-ın əldə etdiyi böyük hərbi uğura görə artıq NATO ölkələrinin köməyinə ehtiyac yoxdur və belə bir yardımı istəmirlər.
Onun sözlərinə görə, ABŞ-ın heç vaxt NATO-nun dəstəyinə ehtiyacı olmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























