Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Bakcell “SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib. Nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanıma texnologiyası əsasında icra olunur.(®) İnnovasiya lideri Bakcell müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə “SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib.
Yeniliyə əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanıma texnologiyası əsasında icra olunur.
“SİMA” üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir. Eyni zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır və müştəri təcrübəsi optimallaşdırılır.
Bakcell müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi planlaşdırır.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























