“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalq internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən daşınması üçün infrastruktur bazasını gücləndirir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlu fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM) genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinə başlayır.
“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdə quraşdırılması və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə beynəlxalq trafikin yeni avadanlıqlar üzərindən daşınmasına keçid təmin ediləcək. Ümumilikdə layihənin cari ilin 3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.
“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrası nəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və bu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























