Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ərzində Böyük Britaniyada və ABŞ-da statistik göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, EUR/USD valyuta cütlüyü 1.18480 səviyyəsinədək yüksəldikdən sonra 1.17500 səviyyəsinədək geriləyib. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.36590 həddindən 1.35330 həddinə kimi dəyər itirib.
Bu gün Yaponiya Bankı (BoJ) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Tənzimləyici qurum göstəricini 0.50% səviyyəsində saxladığını bildirib. Bu qərarın ardından beynəlxalq birjalarda yen dollar qarşısında kəskin şəkildə ucuzlaşıb. USD/JPY valyuta cütlüyü 147.980 səviyyəsindən 147.190 səviyyəsinə qədər geriləyib.
Qızılın dünya bazarlarında qiyməti dünən kəskin volatillik numayiş etdirib. Dəyərli metal ilk öncə 3634$ dəstək səviyyəsini sınaqdan keçirdikdən sonra 3673$-a qədər bahalaşıb. Bir qədər sonra isə yenidən ucuzlaşaraq 3628$-a kimi enib. Hazırda qiymətli metal 3661$ həddində ticarət olunur.
Cümə axşamı ABŞ fond indeksləri müsbət zonada ticarəti başa vurub. İnvestorlar isə Federal Ehtiyatlar Sisteminin (FED) sentyabr iclasının nəticələrini qiymətləndirməyə davam ediblər. Çərşənbə günü FED proqnoz olunduğu kimi faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4.25%-ə qədər endirib.
Bununla yanaşı, Mərkəzi Bank rəhbərliyinin yeni median proqnozu ilin sonunadək faiz dərəcəsinin daha iki dəfə azaldılmasını nəzərdə tutur. Ekspertlərin fikrincə, əmək bazarındakı zəiflik davam edərsə, FED yumşaldılmanı davam etdirəcək. Onlar düşünürlər ki, pul-kredit siyasəti əvvəlkindən daha sürətli və daha yumşaq olacaq.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə 33 min nəfər azalaraq 231 min nəfərə qədər enib. Filadelfiya FED tərəfindən açıqlanan Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi isə -0.3 bənddən 23.2 bəndədək yüksəlib.
Həmçinin, İngiltərə Bankı (BoE) sentyabr iclasının nəticələrinə əsasən uçot faiz dərəcəsini dəyişməyib, onu illik 4% səviyyəsində saxlayıb. Bundan əlavə, mərkəzi bankın yeddi səs çoxluğu ilə yaxın 12 ay ərzində balansındakı aktivlərin həcmini 70 milyard funt (95.5 milyard dollar) azaldaraq 488 milyard funta endirmək barədə qərar qəbul edib.
Bu gün Böyük Britaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı bazar iştirakçıları tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























