Qlobal bazarlarda son vəziyyət
Cümə axşamı ABŞ-da ÜDM göstəricilərinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşıb. EUR/USD valyuta cütlüyü 1.15740 səviyyəsindən 1.16540 səviyyəsinə qədər artıb. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34160 həddindən 1.35180 həddinə kimi yüksəlib. USD/JPY cütlüyü isə 148.180 səviyyəsindən 147.070 səviyyəsinə qədər eniş sərgiləyib.
Qızılın qiyməti artmaqda davam edir. Dəyərli metal bu gün 3400$-a qədər bahalaşıb. Lakin, bir qədər ucuzlaşaraq “sarı metal” hazırda 3390$-dan ticarət olunur. Beynəlxalq birjalarda “Brent” markalı neftin bir barel üçün qiyməti ötən gün 68$-a kimi bahalaşdıqdan sonra dəyər itirməyə başlayıb və 67.3$-a qədər geriləyib.
Qeyd etmək lazımdır ki, ABŞ-ın Energetika Nazirliyinin dünən verdiyi məlumata əsasən, ölkənin kommersiya məqsədli neft ehtiyatları ötən həftə 2.39 milyon barrel azalıb.
Çərşənbə günü keçirilən ticarət sessiyasının yekunlarına görə Amerika fond indeksləri yüksəlib, “S&P 500” indeksi 6489 bəndədək artaraq tarixi maksimumunu yeniləyib. Bazar iştirakçılarının diqqət mərkəzində texnologiya sektorunun, xüsusilə süni intellektin inkişafı sahəsində perspektivləri daha yaxşı qiymətləndirmək və texnologiya şirkətlərinin dəyər qiymətləndirmələrinin əsaslı olub-olmadığını təhlil etmək üçün “Nvidia Corp.” şirkətinin rüblük maliyyə hesabatları olub.
Amerikalı qrafik prosessor istehsalçısının səhmləri hesabatın dərc olunmasından sonra 3% ucuzlaşıb. Post-ticarət mərhələsində qiymətli kağızlar 174$-dək geriləyib. İnvestorların diqqəti şirkətin əsas gəlir mənbəyi olan data mərkəzləri bölməsinə yönəlib (şirkətin ümumi gəlirinin təxminən 88%-i bu bölmənin payına düşür). 2025–2026 maliyyə ilinin ikinci rübündə (27 iyulda başa çatıb) bu bölmənin gəliri rüblük müqayisədə 5%, illik müqayisədə isə 1.56 dəfə artaraq 41.096 milyard dollar təşkil edib. Halbuki proqnoz 41.3 milyard dollar idi.
Bu gün ABŞ-da ÜDM-dən əlavə açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəricisi investorların marağına səbəb olacaq. Həmçinin, bazar iştirakçıları Avropa Mərkəzi Bankının (AMB) dərc olunacaq pul-kredit siyasəti hesabatını və İsveçrədə açıqlanacaq ÜDM məlumatlarını diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























