Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini 4.50% səviyyəsində saxladığını açıqladı. Dollar tənzimləyici qurumun qərarı fonunda major valyutalar qarşısında bahalaşmağa davam etdi. EUR/USD valyuta cütlüyü 1.15030 səviyyəsindən 1.14000 səviyyəsinə qədər ucuzlaşdı. Hazırda isə məzənnə bir qədər artım sərgiləyərək 1.14530 səviyyəsində ticarət olunur.
Eyni dövr ərzində GBP/USD cütlüyü 1.33120 həddindən 1.32270 həddinə kimi geriləyib. Qızıl isə FED-in qərarından sonra 3268$-a qədər ucuzlaşsa da, bu gün səhər saatlarında mövqelərini bərpa edib və hazırda qiyməti 3302$ təşkil edir. “Brent” markalı neftin bir barel üçün dəyəri 72.85$-dır.
Çərşənbə günü Federal Açıq Bazar Komitəsinin (FOMC) yaydığı məlumata əsasən, FED başa çatan iclasının nəticələrinə əsasən uçot faiz dərəcəsini 4.50% səviyyəsində saxladı. FOMC-un bəyanatında qeyd olunur: “Son statistik məlumatlar göstərir ki, 2025-ci ilin birinci yarısında ABŞ-da iqtisadi fəaliyyətin artım tempi zəifləyib.” Həmçinin bildirilir ki, bu statistikaya xarici ticarət göstəricilərindəki kəskin dəyişikliklər təsir göstərir.
Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell bildirib ki, sentyabr iclası ilə bağlı hələ heç bir qərar qəbul olunmayıb. O, qeyd edib ki: "FED qərarları əvvəlcədən vermir". Mərkəzi bank rəhbərinin sözlərinə görə, yaxın zamanda çoxlu iqtisadi göstəricilər açıqlanacaq və əmək bazarında vəziyyətin pisləşməsi riski mövcuddur. Bütün bu amillər onların qərarlarına təsir göstərəcək. Pauell həmçinin bildirib ki, inflyasiya hələ də 2%-lik hədəfdən bir qədər yüksək səviyyədədir.
Eləcə də, ötən gün, ABŞ prezidenti Donald Tramp yarımfabrikat və misdən hazırlanmış məhsulların idxalına 50% gömrük rüsumu tətbiq olunduğunu elan edib. Bu addımın məqsədi belə məhsulların ölkə daxilində istehsalını stimullaşdırmaqdır. Bundan əlavə, dövlət başçısı Cənubi Koreya ilə yeni ticarət sazişi imzaladığını elan edib. Yeni sazişə əsasən, Cənubi Koreyadan ABŞ-a ixrac edilən məhsullara tətbiq ediləcək ümumi tarif 25% əvəzinə 15% müəyyən edilib. Xüsusilə, avtomobillərə tətbiq edilən tariflər də 15%-ə endiriləcək.
Dərc olunan məlumatlara əsasən, ötən gün Kanada Bankı (BoC) faiz dərəcəsini 2.75% səviyyəsində, Yaponiya Bankı (BoJ) isə 0.50% səviyyəsində saxladı. Həmçinin, “Automatic Data Processing” (ADP) şirkətinin hesabatına əsasən, 2025-ci ilin iyul ayında ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı 104 min artıb.
Əlavə olaraq, ABŞ-ın ÜDM-i 2025-ci ilin ikinci rübündə 3% artıb. Ölkədə ixrac 1.8% azalıb ki, bu da 2023-cü ilin ikinci rübündən bəri ən yüksək mənfi göstəricidir. İdxal isə 30.3% geriləyib. Şəxsi İstehlak Xərcləri üzrə Qiymət İndeksi (PCE) ikinci rübdə əvvəlki üç ayla müqayisədə 2.1% artıb.
Avrozonanın iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0.1% artıb. İllik müqayisədə Avrozonanın ÜDM-i 1.4% artıb. Almaniya iqtisadiyyatı isə 2025-ci ilin ikinci rübündə 0.1% kiçilib. İllik müqayisədə Almaniyanın ÜDM-i (Ümumi Daxili Məhsul) 0.4% artım göstərib.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət yetirdiyi əsas göstəricilər sırasındadır. Həmçinin, Almaniyada və Avrozonada dərc olunacaq İşsizlik Səviyyəsi, Kanadada açıqlanacaq ÜDM və ABŞ-da dərc olunacaq Şəxsi Xərclərin Baza Qiymət İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 6 d. əvvəl
-
-
43 d. əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
2 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
3 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır






















.jpg)



