Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell öz çıxışında bildirib ki, Amerikanın idxal rüsumlarının inflyasiyaya təsirini proqnozlaşdırmaq olduqca çətindir. Həmçinin, FED rəhbəri etiraf edib ki, fiskal (vergi və büdcə) siyasət inflyasiyaya təsir göstərə bilər.
Eyni zamanda, Pauellin sözlərinə görə, dollar hələ də dünya üzrə əsas ehtiyat valyutası olaraq qalır. Lakin, Pauell hazırda dolların dəyərinin çox qiymətləndirilib-qiymətləndirilməməsi barədə fikir bildirməkdən çəkindiyini qeyd edib. ABŞ prezidenti Donald Tramp isə ötən gün Pauellin yerinə yeni namizədlərlə görüşməyə başladığını bildirdi.
Mərkəzi bank rəhbərinin çıxışı fonunda və bu gün ABŞ-da ÜDM göstəricilərinin dərc olunması ərəfəsində dollar beynəlxalq birjalarda major valyutalar qarşısında ucuzlaşmağa davam edib. EURUSD valyuta cütlüyü dünən 1.17170 səviyyəsinə qədər bahalaşaraq 2021-ci ilin sentyabr ayından bəri ən yüksək həddə qalxıb. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.37240 həddinə kimi yüksəlib. Qızıl isə dolların dəyər itirməsi ilə 3343$ səviyyəsinə qədər artım nümayiş etdirib.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da may ayında yeni bir ailəlik evlərin satışı əvvəlki ayla müqayisədə 13.7% azalıb və 623 min təşkil edib. 2024-cü ilin may ayı ilə müqayisədə yeni evlərin satışları 6.3% enib. Həmçinin, ölkədə aprel ayı ilə müqayisədə may ayında Tikinti üzrə İcazələrin Sayı 1.422 milyondan 1.394 milyona qədər azalıb.
Bu gün Bakı vaxtı ilə saat 16:30 açıqlanacaq ÜDM göstəriciləri ilə yanaşı, ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Ticarət Saldosu və Şəxsi İstehlak Xərclərinin Baza indeksi investorların diqqət mərkəzində olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanlı
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















