Neft ilə bağlı bədbin proqnoz - DAHA DA UCUZLAŞIB
“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu 5 dollar/barel azaldıb.Qlobal investisiya bankı "Goldman Sachs" tarif artımı və OPEC+ı hasilatı artırması səbəbindən həm Brent, həm də ABŞ xam nefti üçün qiymət proqnozlarını azaldıb.
Marja xəbər verir ki, qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu 5 dollar/barel azaldıb.
"Bizim illik orta proqnozumuz 2025-ci ildə Brent/ABŞ xam nefti üçün 69/66 dollar və 2026-cı ildə 62/59 dollardır. Daha yüksək tənəzzül riski səbəbindən volatilliyin yüksək səviyyədə qalacağına görə, biz artıq bir diapazon proqnozlaşdırmırıq", - investisiya bankının analitikləri bildiriblər.
Dünən OPEC+ may ayında neft hasilatını artırmaq planına sadiq qaldığını açıqladığı üçün, neft qiymətləri kəskin düşdü. Xəbərdən sonra Brent markalı neftin qiyməti 6% azalaraq 70 dollar/barel səviyyələrinə gerilədi. Trampın tariflərinə əlavə olaraq, OPEC+-ın may ayında hasilatı gündəlik 411 min barel artıracağı barədə açıqlaması kotirovkalara təzyiq göstərməkdə davam edir. Bu gün Brent nefti 1,1% də ucuzlaşaraq 69,38 dollar səviyyəsinə geriləyib (Bakı vaxtı ilə saa 09:15-ə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























