SAP Avropanın ən dəyərli şirkəti oldu
Almaniyada fəaliyyət göstərən proqram təminatı şirkəti SAP-ın bazar dəyəri Danimarkanın əczaçılıq şirkəti Novo Nordisk-i keçərək 314 milyard avroya yüksəlib.Almaniyada fəaliyyət göstərən proqram təminatı şirkəti SAP-ın səhmləri təxminən 1,6 faiz bahalaşıb. Beləliklə, Almaniya şirkətinin bazar dəyəri təxminən 314 milyard avroya çatıb.
Marja xəbər verir ki, "Novo Nordisk"in səhmləri 2 faizdən çox ucuzlaşıb, şirkətin bazar dəyəri 305 milyard avroya düşüb. Beləliklə, Almaniyanın SAP şirkəti Avropada birjada səhmləri ticarət olunan ən dəyərli şirkət olub.
Şirkətləri satış və təchizat üzrə proqram təminatı ilə təmin edən SAP-ın səhmləri 2024-cü ildə təxminən 40 faiz, bu il isə 12 faiz bahalaşıb. Keçən il SAP-ın gəlirləri gözlənildiyindən daha çox artıb, bu, ilk növbədə bulud və süni intellektə güclü tələbat hesabına baş verib.
"Ozempic" və "Wegovy" dərmanlarının istehsalçısı Danimarkanın "Novo Nordisk "şirkətinin səhmləri, yeni nəsil piylənmə dərmanı "Cagriseman"ın sınaqlarından əldə edilən məlumatların investorları məyus etməsindən sonra son 60 gündə dəyərinin 40 faizini itirib.
SAP Avropanın ən böyük proqram istehsalçısıdır və şirkətlər tərəfindən maliyyə, satış, təchizat zənciri və digər funksiyalar üçün istifadə olunan biznes proqram təminatlarını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 11 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























