“AzInTelecom” şirkəti yeni “AzInCloud” platformasını istifadəyə verib
“AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.
Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMC platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir.
Platformada tam idarəolunabilən infrastruktur,təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmiş kibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir.
“İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platforma istifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır əməliyyat sistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlar da təqdim edir. Platformada istifadəçilərin resurs tələblərinə uyğun paketlər təklif olunur.
Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcə www.azincloud.az platformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilərlər.
“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır. Ətraflı məlumatı platformanın veb-səhifəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən “bulud” xidmətləri göstərir. “TIER 3” standartları ilə çalışan data mərkəzlərində təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























