Bakı Fond Birjasında ilk dəfə olaraq “Emitent Günü” tədbiri baş tutacaq
11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Emitent Günü” tədbiri baş tutacaq.
Birjanın yaydığı məlumata görə, “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “ABB-İnvest İnvestisiya şirkəti” QSC iştirak edəcəyi görüşdə emitent olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış edəcəkdir.
Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan Azərbaycan Beynəlxalq Bankı bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşəcəkdir. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandıracaqdır.
Tədbirin əsas məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak edəcəkdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 saat sonra
- 11 d. əvvəl
-
-
30 d. əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
56 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Ən çox oxunanlar
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır





.jpg)
.jpg)









.jpg)




