"Optimal Elektronika" 2,5 milyon manat cəlb edir - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
"Optimal Elektronika" istiqraz yerləşdirərək investorlardan 2,5 milyon manat cəlb edir. Şirkət 12% gəlir təklif edir.19 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Optimal Elektronika" MMC-nin ümumi dəyəri 2,5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, 23 noyabr 2021-ci il tarixində "Optimal Elektronika" MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdiriləcək həcm hər birinin nominal dəyəri 1 min manat olan 2 min 500 ədəd faizli təmin edilməmiş sənədsiz istiqrazlardan ibarətdir. İllik faiz dərəcəsi 12%, tədavül müddəti 18 aydır. Kupon faizlərihər 6 aydan bir ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Optimal Elektronika" MMC istiqrazların 2-ci buraxılışını da nəzərdə tutur. İkinci buraxılışın da hər birinin nomianal dəyəri 1 min manat olan 2500 ədəd istiqrazdan ibarət olması planlaşdırılır.
Qeyd edək ki, "Optimal Elektronika" MMC 100% Əsgərov Əhəd Tofiq oğluna məxsusdur.
“Optimal Elektronika” MMC 1997-ci ildə yaranmışdır. Hazırda “Optimal Elektronika” 78 filialı, 6 Servis Mərkəzi və böyük işçi qüvvəsi ilə Azərbaycanın bütün ərazilərində xidmət göstərməkdədir. Şirkət Azərbaycanda Bosch, Samsung, Vestel, Sony, LG, AEG, Sharp, Philips, Huawei, Gorenje, Simfer, Babyliss, Braun, Carrier, Beurer, Delonghi, Pfaff, Singer, JBL, Maxwell, Addison, Mikado, Everest, Remington, Tognana, Kenwood, Karcher, Vitek, S-link, Rampage, Snopy, Zanussi, Russell Hobbs, Aldora brendlərinin rəsmi tərəfdaşıdır.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
25 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 28 d. əvvəl
- 33 d. əvvəl
- 38 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək





.jpg)











.jpg)






