970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Bank sektorunda təmərküzləşmə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunda təmərküzləşmə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank sektorunun balansı genişlənməkdə davam edir. 2025-ci il ərzində bank sektorunun cəmi aktivləri 7.7% (4.1 mlrd. manat) artaraq 57.1 mlrd. manat təşkil etmişdir. Cəmi öhdəlikləri isə 7.2% (3.3 mlrd. manat) artaraq 49.7 mlrd. manat təşkil etmişdir. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.3 f.b. artaraq 44.2%-ə çatmışdır. İl ərzində balansın artımı əsasən fiziki şəxslərin müddətli depozitləri hesabına olmuşdur ki, bu da kredit portfelinin artımını dəstəkləmişdir. 2025-ci ilin sonuna olan məlumatlara əsasən bank sektorunun aktivlərinin 49.6%-ni xalis kredit portfeli, 22.6%-ni cari aktivlər, 27.8%-ni isə digər aktivlərdən ibarətdir. Öhdəliklərin isə 44%-i hüquqi şəxslərin depozitləri, 33%-i fiziki şəxslərin əmanətləri, 13%-i bank və digər maliyyə institutlarının depozit və kreditləri, 10%-i digər öhdəliklərdən ibarətdir.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir. 

Reklam_3_11

Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə aktivlər, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHİ (Herfindal-Hirşman indeks) indeksinə əsasən 2025-ci ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 27 vahid azalaraq 1180 təşkil etmişdir. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 147 vahid azalaraq 1506 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 114 vahid azalaraq 1360 təşkil etmişdir. Beləliklə, bank sistemində aktivlər və kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə bank sektoru orta təmərküzləşmə sərhədindədir. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır. 

Sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma olsa da, fiziki şəxslərin depozitlərində olan artım bu azalmanı kompensasiya etmişdir. 2025-ci il ərzində hüquqi şəxslərin depozitləri 6.4% (1.5 mlrd. manat) azalaraq 21.9 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 14.2% (2 mlrd. manat) artaraq 16.3 mlrd. manat təşkil etmişdir. Nəticədə 2025-ci ilin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 6.4 f.b. azalaraq 44%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 2 f.b artaraq 33% olmuşdur. Qeyd etmək lazımdır ki, fiziki şəxslər üzrə depozitlərin artımı müddətli depozitlərin artımı hesabına olsa da, hüquqi şəxslər üzrə depozitlərin azalması həm müddətli, həm də tələbli depozitlərin azalması hesabına baş vermişdir.

müşahidə olunan artım bank sektorunun dayanıqlı maliyyələşməsini dəstəkləyir. Fiziki şəxslərin müddətli depozitləri 2025-ci il ərzində 20% (1.7 mlrd. manat) artaraq 10.3 mlrd. manat təşkil etmiş, tələbli depozitləri isə müvafiq dövr ərzində 5.5% (0.3 mlrd. manat) artaraq 6 mlrd. manat olmuşdur. Bank sektoruna inamın artımı, həyata keçirilən yeni monetar və makroprudensial siyasət çərçivələri, o cümlədən rəqəmsallaşmanın artımı fonunda müddətli depozit portfelində unikal əmanətçilərin sayı ötən ilin sonu ilə müqayisədə 29% artaraq 194.1 min nəfəri üstələmişdir. FŞ müddətli depozitlərin artımı maliyyələşmə mənbələrinin dayanıqlığını artırmaqla yanaşı, uzunmüddətli maliyyələşmənin təmin olunmasında mühüm rol oynayır. 

Kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini üstələməkdə davam edir. 2024-cü ilin sonu ilə müqayisədə bank sektorunun kredit portfeli 9.4% artaraq 30.1 mlrd. manata çatmışdır. Son illər kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunsa da, portfelin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (7.7%) üstələməkdə davam edir. Sektor üzrə 19 bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə artmış, 13 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olmuşdur.

Kredit portfelinin artımı həm biznes, həm istehlak, həm də ipoteka portfeli üzrə baş verir. İlin əvvəli ilə müqayisədə biznes kreditləri 8.9% (1.3 mlrd. manat) artaraq 16.1 mlrd. manat, istehlak kreditləri 10.8% (909 mln. manat) artaraq 9.4 mlrd. manat, ipoteka portfeli isə 8.4% (356 mln. manat) artaraq 4.6 mlrd. manat olmuşdur.

İstehlak portfelinin artım dinamikası diqqətdə saxlanılmaqdadır. Mərkəzi Bank tərəfindən həyata keçirilən makroprudensial siyasət əhalinin sağlam və məsuliyyətli borclanmasına əsaslanır. 2025-ci ildə istehlak portfelinin illik artım tempi 10.8% olmuşdur ki, bu da ötən dövrlər üzrə artım dinamikasından aşağıdır. Mərkəzi Bank istehlak kreditləşməsinin dinamikası və əhalinin izafi borclanması üzrə qiymətləndirmələrini və bu istiqamətdə requlyativ çərçivənin daha da təkmilləşdirilməsi üzrə fəaliyyətini davam etdirir.

5 qat limitinin tətbiqi istehlak kredit kartlarının istifadə olunmamış hissəsində azalmaya səbəb olmuşdur. Mərkəzi Bank tərəfindən izafi borclanmanın qarşısının alınması məqsədi ilə aparılmış requlyativ təkmilləşdirmə (borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılması) nəticəsində kredit kartlarının istifadə olumuş hissəsi sabit qalsa da, istifadə olunmamış hissəsi 11% (220 mln. manat), son 1 ildə kredit kartlarının sayı isə 6% (137 min vahid) azalmışdır. Kredit kartlarının sayında və mövcud kredit kartlarının istifadə olunmamış hissəsində azalma gələcəkdə əhalinin izafi borclanmasının qarşısını alaraq məsuliyyətli və sağlam borclanmanı şərtləndirəcəkdir.

İpoteka kreditləşməsində artım tendensiyası davam edir. 2025-ci ildə ipoteka portfeli illik əsasda 8.4% artaraq 4.6 mlrd. manat olmuşdur. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə artım 356 mln. manat olmuşdur ki, bu artımın 251 mln. manat (artımın 70%-i) olan hissəsi dövlət ipotekası proqramı, 105 mln. manat (artımın 30%-i) olan hissəsi isə bankların daxili ipoteka proqramı vasitəsilə olmuşdur. Hazırda, dövlət hesabına verilmiş ipoteka kreditləri ümumi ipoteka portfelinin 55.9%-ni (2.57 mlrd. manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka məbləği isə portfelin 44.1%-ni (2.03 mlrd. manat) təşkil edir.

Biznes kreditləri üzrə artımın drayverləri nəqliyyat, tikinti və kənd təsərrüfatı sektorları olmuşdur. 2025-ci ilin sonuna biznes portfeli illik əsasda 8.9% (1.32 mlrd. manat) artaraq 16.1 mlrd. manata çatmışdır. Nəqliyyat sahəsi üzrə 30.5% (450 mln. manat), Tikinti sahəsi üzrə 25.4% (350 mln. manat), Kənd təsərrüfatı üzrə 16.8% (300 mln. manat), İnformasiya və Rabitə sahəsi üzrə 23.4% (150 mln. manat) artım qeydə alınmışdır.

Bankların qiymətli kağızlar portfeli üzrə son ildə artım müşahidə edilmişdir. 2024-cü ilin sonu ilə müqayisədə qiymətli kağızlar portfelinin həcmində 2.5% (239 mln. manat) artım qeydə alınmışdır. Bununla yanaşı ümumi aktivlərdə daha sürətli artım tempi müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonu ilə müqayisədə 17.7%-dən 16.8%-ə dəyişib.

İş elanları AzVak.az-da

14.04.2026 07:37

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18