"Sentyabrın 15-də dərslərin bərpa edilməsi nəzərdə tutulur"
Sentyabrın 15-dən Azərbaycanda məktəblərin açılması nəzərdə tutulub.
Marja xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirilib.
"Sentyabrın 15-də dərslərin bərpa edilməsi nəzərdə tutulur. Həmçinin, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə baxıla bilər", - Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O qeyd edib ki, bu gün uşağı məktəbə gedən valideynlərdən COVİD pasportu istənilmir: "Belə bir tələb qoyulmayıb. Amma təhsil işçiləri ilə bağlı belə bir tələb var”.
Brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, monitorinqlər təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq. Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
38 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























