970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bakı Fond Birjasında “PAŞA Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılır.

Marja.az xəbər verir ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarı ilə “PAŞA Bank” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.

Qeyd olunan səhmlər üzrə abunə yazılışı 13 aprel 2026-cı il tarixində başlayıb və 12 iyun 2026-cı il tarixində, həmin gün də daxil olmaqla, yekunlaşıb. Qiymətli kağızların yerləşdirilməsi isə 18 iyun 2026-cı il tarixində başlanacaq.

Məlumata görə, emissiya çərçivəsində “PAŞA Bank” ASC-nin 932 min 926 ədəd sənədsiz adlı adi səhmi yerləşdiriləcək. Səhmlərin ilkin ticarət qiyməti 55 manat müəyyən edilib.

Beləliklə, emissiyanın ümumi həcmi 51 milyon 310 min 930 manat təşkil edir.

Səhmlərin dövlət qeydiyyat nömrəsi — ISIN kodu AZ1012006628-dir. Ticarət üsulu kütləvi abunə yazılışı formasında həyata keçirilir.

“PAŞA Bank” ASC-nin səhmləri üzrə əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Anderrayterlər qismində həmçinin “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.

Bu yerləşdirmə Azərbaycanın kapital bazarında bank sektoruna aid iri həcmli emissiyalardan biri kimi diqqət çəkir. PAŞA Bank səhmlərinin ticarətə buraxılması həm kapital bazarında bank alətlərinin dərinləşməsi, həm də investorların səhmdar kapitalı alətlərinə marağının artması baxımından əhəmiyyətli hadisə hesab olunur.

İş elanları AzVak.az-da

PAŞA Bank PAŞA Bank səhmləri PAŞA Bank IPO Bakı Fond Birjası BFB səhm yerləşdirilməsi qiymətli kağızlar emissiya PAŞA Kapital ABB-İnvest Unicapital səhm bazarı kapital bazarı bank səhmləri 51 milyon manatlıq emissiya PAŞA Bank səhmlərinin qiyməti ISIN AZ1012006628 abunə yazılışı ticarətə icazə investisiya xəbərləri
18.06.2026 07:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19