Valyuta və əmtəə birjalarında son vəziyyət
Bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək ABŞ-ın əmək bazarına dair önəmli fundamental göstəricilər öncəsi, dünya valyuta birjalarında ticarət aktivliyi azalıb.
EUR/USD məzənnəsi 1.19$-ın üzərində dəstək görməkdədir, GBP/USD məzənnəsi isə cümə axşamı bahalaşdığı səviyyələrdə müqavimətlə rastlaşır. İnvestorların açıqlanacaq önəmli göstəricilər fonunda ehtiyatlı yanaşmaları, avro və funt üzrə trendlərin cari səviyyələrdə dayanmasına səbəb olur.
Bununla yanaşı, iqtisadçıların Amerikada məşğulluğun yenidən arta biləcəyini proqnozlaşdırması ilə yanaşı, son günlər "ADP" və işsizlik müavinətləri ilə bağlı fundamental göstəricilərin də müsbət yayımlanması da bazar iştirakçılar tərəfindən qiymətlərdə artıq nəzərə alınıb.
Əlvan metallar bazarlarında da qızılın qiyməti 1785$-a kimi ucuzlaşdıqdan sonra korreksiya etməkdədir. Lakin dəstək səviyyəsinin qırılması ilə bir unsiya üzrə ucuzlaşmanın davam edəcəyi ehtimal edilir.
Kriptovalyuta birjalarında isə avro, funt, yen və qızılın dollara nisbətən məzənnələrindən fərqli olaraq, dollar burada təzyiq altındadır. BTC/USD, XRP/USD və ETH/USD qiymətlərində bahalaşma müşahidə edilir. Bütün bazar üzrə əsas hərəkətverici qüvvə isə riplin 0.4940 və 0.5790 müqavimət səviyyələrini qırması olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
18 d. əvvəl
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
-
30 d. əvvəl
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
Azərbaycan neftinin son qiyməti
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!







.jpg)




.jpg)






