Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Mart ayı üzrə sayını dərc edib.
Marja.az xəbər verir ki, Statistik bülleteninində bildirilir.
Bank sektoru
31 mart 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,586 olmuşdur.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 960.8 milyon manat, cəmi öhdəlikləri 50 milyard 292.5 milyon manat, balans kapitalı 7 milyard 668.3 milyon manat olmuşdur. Mart ayında bankların cəmi aktivləri və öhdəlikləri 1.4%, balans kapitalı 2% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.6% və ya 171.5 milyon manat artaraq 30 milyard 290.3 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.5% (16 milyard 214.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.3% (9 milyard 490.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.2% (4 milyard 584.6 milyon manat).
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 37 milyard 568.4 milyon manat. Depozit portfelinin 55.8%-i (20 milyard 980.1 milyon manat) hüquqi şəxslərin, 44.2%-i (16 milyard 588.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 69.1%-i (11 milyard 457.5 milyon manat) milli valyutada, 30.9%-i (5 milyard 130.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.9%-i (10 milyard 758.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 0.7% və ya 71.8 milyon manat artmışdır. Cari ilin I rübündə isə bankların müddətli əmanətləri üzrə artım 4.3% və ya 442.1 milyon manat olmuşdur.
2026-cı ilin mart ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (5387 əmanətçi), ilin əvvəlindən 6.9% (13335 əmanətçi) artaraq 207.5 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 863.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.6%-ni təşkil etmişdir.
2026-cı ilin I rübü ərzində banklar 372 milyon manat xalis mənfəət, 521 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 12.5% artaraq 40 milyard 5 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 467 milyon manat azalaraq 2 milyard 794.8 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artmışdır. 2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6.3%, POS-terminalların sayı 46% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
4 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma

























