İdxal olunan avtomobil və yaxtalara görə vergilər artırılır
2017-ci ildən Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə (mühərrikinin həcmi 200 kubsantimetrdən çox olan) görə aksiz dərəcələri artırılacaq.
Bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Beləliklə, gələn ildən Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq ediləcək:
Vergitutma obyektinin adı | Aksiz dərəcəsi |
Minik avtomobilləri: | |
mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda | Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat |
mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda | 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 3 manat (bundan əvvəl 1,5 manat) |
mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda | 3400 manat (bundan əvvəl 1900 manat) + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat (bundan əvvəl 4 manat) |
mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda | 11 400 manat (bundan əvvəl 5900 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 20 manat (bundan əvvəl 8 manat) |
mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda | 31 400 manat (bundan əvvəl 13900 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (bundan əvvəl 10 manat) |
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr | Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat (bundan əvvəl 3 manat) |
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
-
24 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 37 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək





.jpg)










.jpg)






