“Alfa Sığorta”nın kreditorlarına ödənişlər yekunlaşıb
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər 24 may tarixində həyata keçirilərək yekunlaşıb. Palatanın yaydığı məlumata görə, ikinci növbə ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aid olaraq 44 nəfərə ödənilib.
Kreditorların tələblərinin birinci növbə üzrə sığorta ödənişləri “İcbari Sığortalar haqqında” Qanuna əsasən İcbari Sığorta Bürosu tərəfindən qarşılanıb.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır.
Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 14 d. əvvəl
-
- 18 d. əvvəl
- 25 d. əvvəl
- 39 d. əvvəl
- 49 d. əvvəl
-
52 d. əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)








.jpg)




