Unibank saytını yenilədi - "Müştəri yönümlüdür"
Unibank yenilənmiş korporativ saytını ( www.unibank.az) istifadəyə verib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, yenilənmiş sayt müasir və cəlbedici dizayna malik olmaqla, istifadəsi rahat, müştəriyönümlüdür.
Sayt “Kartlar”, “Kreditlər “, “Əmanətlər”, “Köçürmələr”, “Rəqəmsal bankçılıq” və “Əlavə xidmətlər” kimi əsas bölmələrə ayrılmaqla, müştərilər üçün bank məhsul və xidmətlərini asan və sadə formada təqdim edir. Saytdan bank haqqında lazımı məlumatları, təşkilati strukturu, rəhbərlik, missiyası, maliyyə göstəriciləri, məhsulları və onların şərtləri, kampaniyalar, xəbərləri rahatlıqla tapmaq mümkündür.
Yenilənmiş sayt dünya və korporativ standartlara cavab verməklə, müştərilərə bankın məhsul və xidmətləri haqda müfəssəl məlumatlar təqdim edir.
Yeni saytın üstünlüklərindən biri də istifadəçiyə axtardığı məlumatları qısa müddətdə tapmaq, seçim etmək imkanı verməsidir. Kredit və depozit bölümlərində yerləşdirilən kalkulyatorlar, müştəriyə əldə edəcəyi faiz gəlirləri və bank tərəfindən ayrıla biləcək kreditin məbləğini əvvəlcədən müəyyənləşdirmək və seçim imkanı yaradır. Gündəlik yenilənən valyuta məzənnələri və konvertordan istifadə bölümü daha da genişləndirilib.
Unibank-ın “Digital Marketinq” şöbəsinin müdiri Elmar Səfiyev bildirib ki, yenilənmiş sayt müasir təhlükəsizlik standartlarına cavab verir: “Son dərəcə funksional və sürətlidir. Dizayn forması veb və mobil versiyalar üçün adaptasiya olduğundan bütün ekran ölçülü telefon, planşet və kompüterlərə uyğun gəlir. Bir sözlə, yeni sayt müştərilərin gözləntiləri və tələbləri düşünülərək hazırlanıb”.
Sayt fərdi və biznes bölümlərinə ayrılmaqla, həm fiziki şəxslərə, həm də korporativ müştərilərə məlumatları sadə və aydın şəkildə, brendin rənglərinə uyğun görüntülərlə çatdırır.
Yenilənmiş saytın “Rəqəmsal bankçılıq” bölümü xüsusilə diqqət çəkir. Unibank-ın mobil bank əlavələri, onlayn xidmətləri haqda məlumatlar və istifadə qaydaları anlayışlı dildə sayt istifadəçilərinə çatdırılır.
Yeni saytın əsas üstünlüklərindən biri mükəmməl mobil versiyasının olmasıdır. Hər kəs öz mobil telefonundan rahat interfeysə malik unibank.az saytına daxil olaraq, lazımı məlumatları ala biləcək.
Müştərilər saytın “Onlayn məsləhətçi” bölümünə daxil olmaqla, bankın xidmət və məhsulları ilə bağlı suallara operativ cavab ala bilərlər.
Sayt istifadəçiləri bankın məhsul və xidmətləri haqqında məlumatlarla 3 dildə- Azərbaycan, rus və ingilis dillərində tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)









.jpg)






