Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub

AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

13 aprel tarixində başladığımız IPO prosesi üzrə abunə yazılışı uğurla yekunlaşıb. Azərbaycanın özəl sektoru tərəfindən həyata keçirilən ilk IPO çərçivəsində investorlar tərəfindən 20 mindən çox sifariş təqdim olunub.

Marja.az xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirirb.

Reklam_3_11

Bankın sədri qeyd edib ki, bu IPO bir çox ilklərlə yadda qalacaq:

"Onlardan biri də investor tələbinin təklifi üstələməsi oldu. Azərbaycanın kapital bazarları tarixində investor tələbinin təklifi üstələdiyi ilk IPO olaraq, bu nəticə həm PAŞA Banka, həm də ölkəmizin kapital bazarlarına etimadı nümayiş etdirir. İnanıram ki, bu IPO gələcəkdə kapital bazarlarına çıxmağı planlaşdıran şirkətlərə istinad IPO-su olacaq.

Azərbaycanın ilk özəl şirkəti və ilk özəl bank IPO-su olaraq bu proses bazar üçün yeni bir mərhələ yaratdı. İnanırıq ki, bu addım gələcəkdə daha çox şirkətin kapital bazarlarına çıxışını təşviq edəcək, investisiya mədəniyyətinin inkişafına və bazarın daha da dərinləşməsinə töhfə verəcək.

Bu uğurun əldə olunmasında iştirak edən bütün investorlarımıza, tərəfdaşlarımıza, investisiya şirkətlərinə, tənzimləyici qurumlara və böyük əzmlə çalışan komandamıza təşəkkür edirəm.

IPO üzrə yekun nəticələr, investor bazasının strukturu və yerləşdirmənin təhlili yaxın zamanda Bakı Fond Birjasında keçiriləcək Birja Zəngi Mərasimində açıqlanacaq".

PAŞA Bank IPO PAŞA Bank səhmləri PAŞA Bank abunə yazılışı PAŞA Bank investor sifarişləri Cavid Quliyev PAŞA Bank Azərbaycanın ilk özəl bank IPO-su Azərbaycanın ilk özəl sektor IPO-su Bakı Fond Birjası Birja Zəngi Mərasimi kapital bazarları investor tələbi təklifi üstələdi IPO nəticələri PAŞA Bank IPO nəticələri investisiya mədəniyyəti səhmlərin yerləşdirilməsi kapital bazarlarına çıxış Azərbaycanda IPO bank IPO-su PAŞA Bank ASC investor bazasının strukturu
14.06.2026 21:47
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19