Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
(®) Azərbaycanın “Grand Agro” şirkətinin istehsal etdiyi “Olivea Extra Virgin Olive Oil” brendi 2026-cı ildə beynəlxalq uğur qazanıb. Brend Londonda və Kanadada keçirilən beynəlxalq zeytun yağı müsabiqələrində Qızıl medala layiq görülərək keyfiyyətini beynəlxalq səviyyədə təsdiqləyib.
Bu nəticə Azərbaycan istehsalı olan aqrar və qida sənayesi məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artdığını göstərən mühüm göstəricilərdən biridir. “Grand Agro” şirkəti zeytunçuluq sahəsində müasir yanaşmalar tətbiq etməklə yerli məhsulların xarici bazarlarda daha geniş tanıdılmasına töhfə verməyi hədəfləyir.
“Grand Agro” şirkətinin direktoru Rövşən Mahmudov bildirib ki, əldə olunan uğur şirkətin ixrac strategiyasının genişləndirilməsi üçün əlavə stimul yaradır:
“Bu nəticə göstərir ki, Azərbaycan istehsalı olan keyfiyyətli məhsullar beynəlxalq bazarlarda rəqabət apara bilir. Qarşıdakı dövrdə ixrac strategiyamızı genişləndirməyi, yeni bazarlara çıxışı artırmağı və ‘Olivea’ brendinin qlobal tanınmasını gücləndirməyi hədəfləyirik.”
Beynəlxalq zeytun yağı müsabiqələrində dünyanın müxtəlif ölkələrindən təqdim olunan məhsullar peşəkar münsiflər heyəti tərəfindən dad, aroma, keyfiyyət, balans və digər göstəricilər üzrə qiymətləndirilir. “Olivea”nın Qızıl medala layiq görülməsi məhsulun sabit keyfiyyət standartlarına uyğun istehsal edildiyini nümayiş etdirir.
“Olivea Extra Virgin Olive Oil” soyuq sıxım texnologiyası ilə, heç bir qatqı əlavə edilmədən istehsal olunur. Təbii xüsusiyyətlərini qoruyan məhsul həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli Azərbaycan brendi kimi təqdim edilir.
Hazırda “Olivea” məhsulları Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də istehlakçılara təqdim olunur. Beynəlxalq müsabiqələrdə əldə edilən nəticələr brendin xarici bazarlarda tanınmasına və mövqeyinin güclənməsinə əlavə dəstək verir.
“Grand Agro” şirkəti 4000 hektara yaxın ərazidə salınmış zeytun və badam bağlarında müasir aqrar yanaşmalar tətbiq edir. Şirkət məhsuldarlığın artırılması, keyfiyyətin qorunması və Azərbaycan istehsalı olan məhsulların beynəlxalq bazarlarda daha geniş təmsil olunmasını əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
2 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
3 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
3 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
3 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















