Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı

Salam, hörmətli həmkarlar! “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanı
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.

“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, Beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” (PwC)  tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəyi verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.

Reklam_3_11

Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.

Ümumilikdə, 2024-cü illə müqayisədə satış gəlirləri (182,69 milyon ABŞ dolları) 2025-ci ildə 46% artaraq 266,45 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qızıl satış qiymətinin 37%, ümumi satış həcmi 4% artaraq, 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş təşkil edib. Bununla yanaşı, törəmə müəssisə olan “AzerBlast” MMC-nin ötən il üzrə fəaliyyəti də ümumi satış gəlirlərinin formalaşmasına təxminən 3% həcmində töhfə verib. 

2025-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətinin göstəricisi olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 58,52% artaraq 142,48 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2024-cü il ilə müqayisədə 49,04 milyon ABŞ dolları, yəni 148,5% artaraq 82,06 milyon ABŞ dollarına çatıb.

2025-ci ilin sonuna Səhmdar Cəmiyyəti və onun törəmə şirkətlərinin ümumi aktivlərinin dəyəri 573,63 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 17,5% çoxdur.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ildə xalis dövriyyə kapitalı 86,4% artaraq 196,11 milyon ABŞ dolları, ümumi kapitalı isə 22,3% artaraq 489,05 milyon ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci il üzrə maliyyə göstəriciləri qrupun yüksək maliyyə dayanıqlığının və effektiv maliyyə idarəetməsininin bariz sübutudur. Beynəlxalq təcrübədə dağ-mədən şirkətləri üçün borc/kapital nisbətinin 1,0 səviyyəsində olması qənaətbəxş göstərici hesab edildiyi halda, “AzerGold” QSC üzrə bu göstərici 2025-ci ildə 0,07-dən 0,04-ə enib. Bundan əlavə, hesabat ilinin sonuna şirkətin kredit öhdəlikləri tam şəkildə bağlanıb.

İş elanları AzVak.az-da

25.06.2026 15:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19