AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-2025-ci illər ərzində karqo gəlirləri 211 %, daşınan yüklərin həcmi isə 170 % artıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd edilib ki, AZAL son illərdə yük daşımalarının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib və bu sahədə davamlı artım qeydə alınıb.
"Gəlir artımının yük həcmi artımını üstələməsi kommersiya fəaliyyətinin gücləndirilməsi, qiymət intizamının və gəlir idarəetməsinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu, yük daşımalarının artıq struktur və sistemli şəkildə inkişaf etdiyini göstərir", - məlumatda vurğulanıb.
Bildirilib ki, son illərdə 30-dan artıq strateji kommersiya müqaviləsi imzalanıb, AZAL-ın icra etdiyi bütün istiqamətlər üzrə yük satışları genişləndirilib və şəbəkə üzrə tam kommersiya əhatəliliyi təmin olunub:
"Eyni zamanda şəbəkənin monetizasiyası və bazar penetrasiyası gücləndirilib ki, bu da karqo seqmentinin gəlir yaradan istiqamət kimi mövqeyini möhkəmləndirib. Hazırda rəqəmsallaşma layihələri həyata keçirilir, yeni rezervasiya sistemlərinə keçid istiqamətində işlər aparılır ki, bu da əməliyyat effektivliyinin artırılmasına və müştəri xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edəcək. AZAL qarşıdakı dövrdə də yük daşımalarının payının artırılmasını və bu istiqamətin dayanıqlı gəlir mənbəyi kimi inkişafını davam etdirməyi hədəfləyir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
9 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
-
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
43 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Ən çox oxunanlar
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb







.jpg)









.jpg)







