SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır - MƏBLƏĞ, ŞƏRTLƏR
Nominal dəyəri 1000 ABŞ dolları olan istiqrazlar sahiblərinə illik 6% gəlir qazandıracaq.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 15 yanvar 2025-ci il tarixindən etibarən "Yaşıl istiqraz"ların buraxılışına start verir.
SOCAR-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, nominal dəyəri 1000 (min) ABŞ dolları olan istiqrazlar sahiblərinə illik 6% gəlir qazandıracaq.
Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları olan və 5 illik müddətə buraxılan "Yaşıl" istiqrazların kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. SOCAR-ın “yaşıl” istiqrazlarını əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.
İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, istiqrazlardan əldə olunan vəsait “SOCAR Green” MMC şirkətinin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.
Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır.
Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərini da dəstəkləmək məqsədi daşıyır.
SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir.
Anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkəti olan "yaşıl istiqraz"ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.
Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.
Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.
SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.
Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
38 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























