"Legion Financial" şirkətinə əlavə 1,3 milyon maya qoyulur
Lizinq şirkəti "Legion Financial" ASC-nin nizamnamə kapitalı 1,3 milyon manat artırılır.
Marja.az buraxılışın Emissiya Prospektinə istinadən xəbər verir ki, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 13 000 ədəddir.
Yerləşdirmədən sonra cəlb olunacaq vəsaitlərin xalis məbləği 1 milyon 296 min 630 manat təşkil edəcək.
Səhmlərin yerləşdirməsi uğurla yekunlaşarsa "Legion Financial" ASC-nin nominal nizamnamə kapitalı 2 milyon 245 min manatdan 3 milyon 545 min manata yüksələcək.
Hazırda "Legion Financial" ASC-nin səhmndarları İsmayılov Turan Mübariz oğlu (59.62 %), Süleymanlı Rahim Rəhman oğlu (23.93%) və Soltanov Rövşən Rafiq oğludur (10.68%).
"Legion Financial" ASC 2023-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Lizinq şirkəti 2022-ci ili 283 min manat xalis mənfəət ilə bağlamışdı.
"LEGION FINANCIAL" avtomobil lizinqi şirkətidir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
38 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























