Azərbaycanda aqrar inkişafı sürətləndirən aqropark: “Ağsu Aqropark”
Dünyada qlobal ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir zamanda, bu proseslərin ölkəmizə təsirinin minimuma endirilməsi, ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv və innovativ texnologiyaların tətbiqi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyyələrinə müvafiq olaraq yaradılan aqroparklardan biri də “Ağsu Aqropark”dır. Aqroparkların yaradılması, aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində mühüm rol oynayır.
"Ağsu Aqropark" QSC-nin baş direktoru Atababa İsayev bildirir ki, ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə olan diqqət və qayğısının nəticəsi olaraq, artıq bu sahədə ciddi inkişaf nəzərə çarpacaq dərəcədədir. Bunun bariz nümunəsi kimi Ağsu Aqroparkın faəliyyətini misal vermək olar. Belə ki, “Ağsu Aqropark” istehsalat planı çərçivəsində əsas faəliyyət istiqamətləri, ətlik və südlük olmaqla ümumilikdə 1200 baş simmental cinsli iri buynuzlu heyvanlardan təşkil olunmuşdur. Süd istehsalı illik 4 000 000 litr nəzərdə tutulmuşdur. Süd istehsalı ilə yanaşı, mal ətinə olan tələbatın ödənilməsi məqsədi ilə iri buynuzlu heyvanların yetişdirildiyi fermalarda fəaliyyət istiqamətlərinin tərkib hissəsini təşkil edir.
Həmçinin xüsusi bir məqama diqqət çəkərək vurğulamaq istəyirəm ki, ölkə rəhbəri cənab İlham Əliyevin xüsusi qayğısı və diqqəti ölkədəki toxumçuluq sektorundada ciddi hiss olunur. Bu qayğının nəticəsi olaraq, ölkədəki toxum və yem məhsullarına olan təlabatın ödənilməsi şirkətin əsas prioritet və hədəflərdən birinə çevrilmişdir. Belə ki, şirkətin tabeçiliyində olan əkin sahələrində yüksək məhsuldarılığı olan arpa, buğda, qarğıdalı və digər yem bitkilərinin əkilməsi, bu məhsullara olan təlabatın ödənilməsinin təmin edilməsində mühüm rol oynayır.
Qeyd edək ki, "Ağsu Aqropark" QSC-nin baş direktoru İsayev Atababa İngiltərənin Sunderland Universitetini MBA proqramı üzrə bitirib. O, uzun illərin istehsalat və idarəetmə təcrübəsi ilə yanaşı, həmçinin kənd təsərrüaftı sahəsində 6 illik təcrübəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
-
24 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 37 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək






.jpg)









.jpg)







