Azərbaycanın qiymətli kağızlar bazarı 76 % böyüyüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 16 milyard 607 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər görə, bu, ötən ilin eyni dövrünə nisbətən 76 % çoxdur.
9 aylıq göstəricinin 6 milyard 43,8 milyon manatlıq hissəsi ilkin bazarda (20 % çox), 10 milyard 563,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 9 662 əqd bağlanılıb. Bu, illik müqayisədə 46,5 % çoxdur. Əqdlərin 1 853-ü ilkin bazarın (58,1 % çox), 7 809-u isə təkrar bazarın (44% çox) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 6 milyard 179,8 milyon manatlıq hissəsi və yaxud 37,2 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 733,7 milyon manatlıq hissəsi və yaxud 10,4 %-i korporativ qiymətli kağızların, 8 milyard 693,5 milyon manatlıq hissəsi və yaxud 52,3 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 25,9 %, 66,1 % və 2,5 dəfə çoxdur.
9 ayda bu bazarda bağlanmış əqdlərin isə 2 223-ü və yaxud 23 %-i dövlət qiymətli kağızlarının, 2 982-i və yaxud 30,9 %-i korporativ qiymətli kağızların, 4 457-si və yaxud 46,1 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 63,9 % çox, 10,3 % az və 2,3 dəfə çoxdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
21 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
28 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 39 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb















.jpg)








