Lavrovla Bayramov arasında telefon danışığı olub
Dekabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Rusiya XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqlarının olması səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub.
“Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
İrəvanın bu il dekabrın 23-nə planlaşdırılan Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanmasını müzakirə etmək üçün keçiriləcək görüşdən iştirakdan imtina etmək qərarına görə təəssüfləndiyi bildirilib.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
33 d. əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 41 d. əvvəl
-
52 d. əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















