970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

10 iyun tarixində “Four Seasons Hotel Baku”-da keçirilən tədbirin əsas məqsədi şirkətlərin maliyyə dayanıqlığının artırılması, pul vəsaitlərinin daha səmərəli idarə olunması və bazar risklərinin azaldılması üçün istifadə olunan müasir maliyyə alətləri barədə praktiki biliklərin paylaşılması olub.

Tədbirdə hedcinq alətlərinin biznes proseslərində tətbiqi üzrə praktiki yanaşmalar nümayiş etdirilib. İştirakçılar valyuta, faiz dərəcəsi və əmtəə qiymətləri risklərinin idarə olunması ilə bağlı real bazar nümunələrini nəzərdən keçirib və müxtəlif ssenarilər üzrə risklərin minimallaşdırılması yollarını müzakirə ediblər.

Reklam_3_11

Tədbirdə spiker qismində PAŞA Bankın İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov, PAŞA Holdinqin Qrup üzrə baş iqtisadçısı Elman Eminov, PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyev, Küveytin “Burgan Bank” A.Ş.-nin Kapital Bazarları bölməsinin rəhbəri Bilge Gönen, PAŞA Bankın Xəzinədarlıq satışları şöbəsinin rəhbəri Ramil Əlləzov və şöbənin baş mütəxəssisi Könül İsmayılova çıxış ediblər.

PAŞA Bankın İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov çıxışı zamanı bildirib ki, qlobal iqtisadi proseslərin sürətlə dəyişdiyi şəraitdə risklərin peşəkar idarə olunması şirkətlərin maliyyə dayanıqlığının əsas şərtlərindən birinə çevrilib.

“Bunu nəzərə alaraq, PAŞA Bank müştərilərimizin bazar şərtlərinə daha hazırlıqlı olması və strateji hədəflərinə inamla irəliləməsi üçün müasir maliyyə həllərinin inkişafını davam etdirir. Təqdim etdiyimiz törəmə maliyyə alətləri müştərilərimizə risklərin effektiv idarə olunması, dəyişən bazar mühitinə çevik adaptasiya və əsaslandırılmış investisiya qərarlarının qəbul edilməsi üçün geniş imkanlar yaradır”, – deyə Murad Süleymanov bildirib.

Tədbir geniş sual-cavab sessiyası ilə başa çatıb. Sessiya çərçivəsində şirkətlərin üzləşdiyi konkret risklər, törəmə maliyyə alətlərinin tətbiqi mexanizmləri və bazar trendlərinin biznes qərarlarına təsiri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar həm beynəlxalq təcrübə, həm də yerli bazarın xüsusiyyətləri ilə bağlı suallarını ünvanlandıraraq praktiki tövsiyələr əldə ediblər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

12.06.2026 13:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19