Türkiyə faiz qərarını açıqladı, faiz endirimi dövrünə son qoydu
Türkiyə Mərkəzi Bankı 2 ildən sonra faiz dərəcəsini tək rəqəmli səviyyəyə endirib və bu endirim dövrünə sona çatdırıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi Bank faizini 1,5 faiz bəndi də azaldaraq 10,50%-dən 9%-ə endirib.
TCMB əvvəlki iclasında bəyan etmişdi ki, dekabr ayında da faiz azaldılacaq və sonra gözləmə mövqeyi tutulacaqdır.
Mərkəzi Bank bu gün yaydığı press-relizində faiz endirimi dövrünü başa çatdırdığını bəyan edib.
"Qlobal iqtisadi artım ilə bağlı qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə sənaye istehsalının, investisiyaların və məşğulluğun artması tendensiyasının qorunması baxımından maliyyə şərtlərinin dəstəkləyici olması çox vacibdir. Bu çərçivədə Mərkəzi Bank faizini 1,5 bənd aşağı salmağa qərar verib. İdarə Heyəti qlobal tələblə bağlı artan riskləri nəzərə alaraq mövcud faiz dərəcəsinin kafi səviyyədə olduğunu qiymətləndirərək avqust ayında başlayan faiz endirimi dövrünə son qoyulmasına qərar verib", - TCMB press-relizində bildirib.
Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi avqust ayında 14% səviyyəsində idi.
Qərardan öncə 18,6277 səviyyəsində olan Dollar/TL məzənnəsi, qərardan sonra çox yüksəlməyib. Bu dəqiqələrdə məzənnə 18.6311 səviyyəsindədir.
2022-ci ildə də Türk lirəsi tədricən ucuzlaşıb. Əgər yanvarın sonunda 1 dollar 13,5 lirə idisə, hazırda 18,6 lirəni keçib. Ölkənin Statistika Komitəsinin məlumatına görə, illik ifadədə inflyasiya oktyabrda sürətlənərək 85,51%-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
5 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb






.jpg)
.jpg)









.jpg)





