Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.
Marja.az Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.
Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib.
Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.
Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.
Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.
Qeyd edilib ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli “Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
17 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
47 d. əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
























