Hyundai-ın avtomobil satışı və xalis mənfəəti artıb
Hyundai Motor-un xalis mənfəəti yanvar-sentyabr aylarında 3,93 milyard dollara çatıbCənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motorun səhmdarlarına aid olan xalis mənfəəti 2022-ci ilin üç rübündə (yanvar-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% artaraq 5,66 trilyon von (təxminən 3,93 milyard dollar) təşkil edib.
Marja.az xəbər verir ki, şirkətin əməliyyat mənfəəti 25,5% artaraq 6,461 trilyon vona (4,5 milyard dollar) çatıb. Gəlir 20,1% artaraq 104,004 trilyon vona (72,2 milyard dollar) təşkil edib.
Üçüncü rübdə (iyul-sentyabr) səhmdarlara aid olan xalis mənfəət 2,7% azalaraq 1,272 trilyon vona (0,88 milyard dollar) düşüb. Şirkətin üç ay ərzində əməliyyat mənfəəti 3,4% azalaraq 1,552 trilyon von (1,07 milyard dollar) olub.
Rüblük gəlir eyni zamanda 30,6% artaraq 37,705 trilyon von (26,18 milyard dollar) təşkil edib.
2022-ci ilin 3-cü rübü ərzində şirkət 1 milyon 25 min ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Hyundai Motor Company 1967-ci ildə yaradılıb və 1999-cu ildən Hyundai-Kia Avtomobil Qrupunun bir hissəsidir. Qərargah Seulda yerləşir. Şirkət Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısıdır və dünyada dördüncüdür. Şirkət minik avtomobilləri, yük maşınları və avtobuslar istehsal edir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 18 d. əvvəl
-
22 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
36 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"

















