Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib

AzVak-mobil_resmin_ustu_31
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

21 may 2026-cı il tarixində 13-cü Ümumdünya Şəhərsalma Forumu — WUF13 çərçivəsində Azərbaycan Pavilyonunun Networking Area zonasında “Smart Cities in Post-Conflict Reconstruction: The Case of the Shusha Master Plan” mövzusunda panel müzakirəsi keçirilib. 

Reklam_3_11

Azərbaycanın daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan PMD Group və memarlıq, masterplanlaşdırma və şəhərsalma üzrə beynəlxalq təcrübəyə malik Chapman Taylor-un iştirakı ilə baş tutan sessiyada post-münaqişə dövründə şəhərlərin yenidən qurulması, ağıllı şəhər yanaşmalarının tətbiqi, dayanıqlı planlaşdırma və uzunmüddətli urban inkişaf məsələləri müzakirə olunub.

Müzakirədə Chapman Taylor nümayəndəsi Marcelina Zielinska, həmçinin PMD Group-un Daşınmaz Əmlakın İnkişafı üzrə Direktoru Aykut Bülbül və Daşınmaz Əmlakın İnkişafı üzrə Rəhbəri Kamil Əliyev iştirak ediblər. Spikerlər Daşaltı Baş Planı nümunəsində tarixi və mədəni kimliyin qorunması, müasir infrastruktur həllərinin tətbiqi, ictimai məkanların formalaşdırılması və insan yönümlü şəhər mühitinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.

Sessiya zamanı post-münaqişə ərazilərində şəhərsalma prosesinə ağıllı texnologiyaların necə inteqrasiya oluna biləcəyi, bərpa layihələrində dayanıqlılıq prinsiplərinin rolu və şəhərlərin gələcək inkişafında planlaşdırmanın əhəmiyyəti diqqətə çatdırıldı. Müzakirədə həmçinin Şuşa və Daşaltı layihələrinin turizm potensialı, mədəni irsin qorunması və bölgədə keyfiyyətli yaşayış mühitinin formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

WUF13-ün “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu ilə səsləşən müzakirə şəhərlərin yalnız fiziki infrastrukturdan ibarət olmadığını, eyni zamanda təhlükəsiz, dayanıqlı, funksional və gələcəyə yönəlmiş yaşayış mühiti kimi formalaşdırılmasının vacibliyini ön plana çıxarıb. 

İş elanları AzVak.az-da

Şuşa Master Planı WUF13 Azərbaycan PMD Group Chapman Taylor Smart Cities post-münaqişə şəhərsalması Şuşa Baş Planı Daşaltı Baş Planı ağıllı şəhərlər şəhərsalma forumu WUF13 panel müzakirəsi Şuşa urban inkişafı dayanıqlı şəhərlər Azərbaycan Pavilyonu Şuşa yenidənqurma layihələri post-conflict reconstruction urban planning Azerbaijan dayanıqlı planlaşdırma müasir infrastruktur həlləri insan yönümlü şəhər mühiti Şuşa turizm potensialı mədəni irsin qorunması PMD Group WUF13 Chapman Taylor Azerbaijan Daşaltı layihəsi ağıllı texnologiyalar şəhərsalma urban development Shusha resilient cities housing the world WUF13 smart cities
22.05.2026 16:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19