Yunanıstanın energetika naziri Azərbaycana səfər edəcək
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas yaxın günlərdə Azərbaycana səfər edəcək.
Bu barədə Yunanıstan mətbuatı xəbər verir.
Məlumata görə, Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır.
Səfər zamanı K. Skrekasın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla və Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Yunanıstan enerji sektorunda Azərbaycanla sıx əməkdaşlıq edir və ölkə öz tələbatının 20 %-ni Azərbaycandan nəql edilən qazla təmin edən Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) istifadə edir.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib












.jpg)







