Azərbaycan Rumıniyaya 125 milyon dollar investisiya yatırıb
“Azərbaycan Rumıniyaya 125 milyon dollar investisiya yatırıb”.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rumıniya şirkətləri isə bu müddət ərzində Azərbaycana 30 milyon dollar investisiya qoyub:
"Lakin cari iqtisadi əlaqələr ölkələrimiz arasında potensial imkanları tam əks etdirmir".
"Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 2,77 dəfə artıb"
“Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.
Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən Sahil Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib. Nazir Parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının, Buxarestdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini, Buxarestdə və Bakıda biznes forumlar və işgüzar görüşlərin keçirildiyini, bu və digər tədbirlərin əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.
Sahil Babayev ümumilikdə, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə genişlənməkdə olduğunu qeyd edib. Hökumətlərarası birgə Komissiyanın bu növbəti iclasının da əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















